Loading...

Canina Mikrosilber İtlər Və Pişiklər Üçün Gel,50 ml

In Stock (2 məhsul)
35.00Azn

İtlər və pişiklərdə ağız boşluğunun gigiyenasının əsas problemlərinə(karies,diş daşı,diş ərpi və s.) qarşı və təravətli nəfəs üçün müalicəvi və önləyici gel. Ətraflı oxu

Brend: href="https://www.zoo28.az/catalog?brand=Canina">Canina
Kateqoriyalar: href="https://www.zoo28.az/catalog?category=Gigiyena">Gigiyena / href="https://www.zoo28.az/catalog?subcategory=dent">Dişlərə Qulluq Vasitləri href="https://www.zoo28.az/catalog?childcategory=">
Etiketlər:
Məhsul kodu: #1050

Məhsulun təsviri

Canina İt və pişiklərin diş və ağız boşluğu sağlamlığı üçün gel. Xüsusilə ağız boşluğu gigiyenası, həmçinin diş ərpi, diş daşı və gingivitə qarşı effektiv müdafiə olaraq hazırlanmışdır.

Diş təmizləmə effekti it və pişiklər tərəfindən yaxşı qəbul edilən gümüşün mikrohissəcikləri və qreypfrut toxumu ekstraktı sayəsində əldə edilir. Müntəzəm istifadə diş daşının yaranmasına qarşı effektiv müdafiəni təmin edir. Geli udmaq zərərsizdir. Antioksidant effekt qreypfrut toxumunun tərkibində olan bioflavanoidlər sayəsində təmin edilir. Vitamin C-nin yüksək miqdarı diş ətinin sağlamlığını qoruyur, amin və yağlı turşular diş ərpinin ərinməsinə səbəb olur.  

Tərkibi

Su, poliqliseril-4 kaprat, karbomer, kalium sorbat, gümüş, natrium hidroxlorid, natrium fosfat, qliserin, qreypfrut toxumu ekstraktı. 

Tətbiqi

Gel gündəlik tətbiq edilməlidir (axşam). Yeməkdən bir saat sonra. Barmağınızla heyvanın diş və diş ətinə sürtülür. 

Doza (gelin uzunluğu bir tərəfdən):

İtlər, çəkisi 10 kq qədər: 1 sm gel
İtlər, çəkisi 20 kq qədər: 2 sm gel
İtlər, çəkisi 40 kq qədər: 3 sm gel
İtlər, çəkisi 40 kq-dan çox: 4 sm gel (maks.)
Pişiklər: ½ sm gel

Texniki xüsusiyyətlər Təsvir
No Specifications

Latest Reviews

No Review
0

You May Also Like

Online Saytımız Təzliklə Xidmətinizdə

Online Saytımız Təzliklə Xidmətinizdə