Loading...

GimCat Multi Vitamin Pasta Pişiklər Üçün

In Stock (2 məhsul)
7.50Azn

Pişiklər(7 aydan yuxarı) üçün 13 vitamin və minerallardan ibarət multivitamin pasta Ətraflı oxu

Seçim

Bitib
Bitib
Kateqoriyalar: href="https://www.zoo28.az/catalog?category=Pisikler">Pişiklər / href="https://www.zoo28.az/catalog?subcategory=Vitamins">Vitamin Və Qida Əlavələri href="https://www.zoo28.az/catalog?childcategory=">
Etiketlər:
Məhsul kodu: #5103

Məhsulun təsviri

GimCat Professional Multi Vitamin Paste pişiklər üçün multi vitaminli pasta - sadəcə dadlı çərəz deyil, həm də həyati vacib vitaminlərin mənbəyidir. Multivitaminli pasta öz qiymətli tərkibi ilə sevimli pişiyinzin sağlamlığına böyük dəstək göstərə biləcək:

- 13 növ vitaminlər orqanizmə hərtərəfli müsbət təsir göstərəcək 

- bütün orqanizm üçün vacib olan və EPA, DHA yağ turşuları ilə zəngin olan keyfiyyətli yağlar

- tük gözəlliyi və dəri sağlamlığı üçün sink və biotin

- optimal əzələ kütləsinin saxlanılması üçün L-karnitin 

- immun reaksiyaları aktivləşdirən beta-qlukan 

- qanyaratma proseslərini yaxşılaşdıran dəmir 

- pişiklərin bədənində əmələ gəlməyən və ürək üçün faydalı olan taurin aminturşusu

 

Beləliklə, GimCat Professional Multi Vitamin Paste pişiklər üçün multi vitaminli pasta pişiyinizin immunitetini gücləndirərək, onu müxtəlif xəstəliklərdən qoruya və ömrünü uzada biləcəkdir.  

Tərkibi

Bitki mənşəli məhsullar, yağlar və piylər (kətan toxumunun yağı 4%), balıq və balıq məhsulları, minerallar, maya (1% beta-qlukan).  

Analitik tərkibi: zülallar 7%, yağlar 33%, kül 10%, lif 1.5%, nəmlik 12%. Omeqa 3- 2.2%, omeqa 6- 18.2%.

Əlavələr (1 kq üçün): vitamin D3 1150 МЕ, vitamin E 1660 mq, vitamin K3 1 mq, vitamin B1 160 mq, vitamin B2 120 mq, vitamin B6 80 mq, vitamin B12 560 mkq, vitamin C 100 mq, fol turşusu 18 mq, biotin (vitamin H) 40000 mkq, niasin 937.5 mq, kalsium-D-pantotenat 150 mq, xolin xlorid 2.660 mq, taurin 2000 mq, L-karnitin 5000 mq, dəmir 75.1 mq, manqan 3.8 mq, sink 150 mq.

Günlük yemləmə norması

Günlük tövsiyə edilən doza 6 sm (1 sm təqribən 0.5 qr bərabərdir) pastadır. Pastanı, pişiyə birbaşa qablaşdırmadan sıxıb vermək ya pişiyin yeminə əlavə etmək olar. Pasta otaq temperaturunda verilməlidir. 

Yaşı 7 aydan çox olan pişiklər üçün uyğundur.

Texniki xüsusiyyətlər Təsvir
No Specifications

Latest Reviews

No Review
0

You May Also Like

Online Saytımız Təzliklə Xidmətinizdə

Online Saytımız Təzliklə Xidmətinizdə