Pişiklərin həzm pozuntusu zamanı baytarlıq pəhrizi paştet Ətraflı oxu
Pişiklər üçün müalicəvi yem Monge Vet Solution Cat Gastrointestinal aşağıda qeyd olunan mədə-bağırsaq xəstəlikləri zamanı baytarlar tərəfindən tövsiyə olunur:
Monge Vet Solution Gastrointestinal yemin tərkibindəki Fit-aroma formulu təbii at şabalıdı ekstraktını ehtiva edir. Bu yem komponenti mədə-bağırsaq sisteminə güclü müsbət təsir göstərir. O, antispazmatik təsirə malikdir və həmçinin mədə-bağırsaqda iltihabı azaldır. At şabalıdı öz büzücü xüsusiyyəti sayəsində bağırsaqların peristaltikasını azaldır və bununla həzm fermentlərinin işini yaxşılaşdırır. Nəticədə faydalı maddələrinin sovrulması da xeyli artırılır. At şabalıdının faydalı təsiri onun əsas komponenti escinin xüsusiyyətlərinə bağlıdır. Escinin bağırsağın selikli qişasının zədələnməsini sağaldır, kəskin iltihabı təsirli şəkildə yatırır.
Bu yemin əsas komponentlərindən biri toyuq qaraciyəridir. O bir sıra faydalı nutriyentlərin mənbəyidir. Toyuq qaraciyərin 100 qramında 70%-dək niasin adlı maddənin günlük dozası mövcuddur. Niasin adlı maddə pişiyin mədə-bağırsaq sisteminə müsbət təsir göstərir. Qaraciyər rahatlıqla həzm olunan inqrediyentdir. Onun tərkibində olal dəmir, A vitamini və kolabamin sayəsində pişiyinizin hemoqlobin səviyyəsini artıra və immun sistemini gücləndirə bilərsiniz.
Monge Gastro pişik yemin tərkibindəki qızılbalıq yağı çox yaxşı həzm olunur. Yağın tərkibində olan EPA и DHA yağ turşuları həzmi yaxşılaşdırır, kollagen ifrazatını artırır, allergiya riskini azaldır, tük və dəri sağlamlığını dəstəkləyir və s
Qida əlavələri: Vitamin D3 225 МЕ, vitamin Е 50 mg, Е1 (dəmir) 7 mg, Е2 (yod) 1,8 mg, Е4 (mis) 1,7 mg, Е5 (manqan) 4,3 mg, Е6 (sink) 21,3 mg, Е8 (selen) 0,02 mg, L-sistin 600 mg, DL-metionin texniki təmiz 300 mg, L-karnitin 300 mg, taurin 0,2%
| Texniki xüsusiyyətlər | Təsvir |
|---|---|
| No Specifications | |
Online Saytımız Təzliklə Xidmətinizdə